Tramp Obamanın daha bir qərarını ləğv etdi

Tramp Obamanın daha bir qərarını ləğv etdi ABŞ-da yarı avtomatik silahların avtomatik silahlara çevrilməsində istifadə olunan aparatların istifadəsi qadağan edilib.
ABŞ prezidenti Donald Tramp Tvitter hesabında verdiyi açıqlamada məsələ ilə bağlı Ədliyyə Nazirliyini təlimatlandırdığını bildirib:
“Obama administrasiyası bu aparatları qanuniləşdirmişdi. Mən bu gün söz verirəm ki, Ədliyyə Nazirliyi bu aparatların qadağan olunması barədə bəyanat verəcək. Qanuni silahları qeyri-qanuni avtomatik silahlara çevirən bütün aparatları qadağan edəcəyik”.
Qeyd edək ki, ABŞ-da 1986-cı ildən etibarən avtomatik silahların istifadəsi qadağan edildiyi halda, 2010-cu ildə bu qərar ləğv edilmişdi.
Buna baxmayaraq, ölkədə hələ fərdi silahlanma ilə bağlı qanun sərtləşdirilməyib. Məhz buna görə də kütləvi cinayət hadisələri baş verir. Son günlərdə buna etiraz edən minlərlə amerikalı kütləvi etiraz aksiyaları keçirməyə başlayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər