Tramp İrandakı aksiyalardan danışdı

Tramp İrandakı aksiyalardan danışdı İranda davam edən etiraz aksiyaları ilə bağlı danışan ABŞ prezidenti Donald Trampa iranlı həmkarından cavab gəlib.
Tramp "Twitter" hesabında aksiyalara münasibət bildirərək bunu "vətəndaşların barışcıl protestosu" adlandırıb: "Rejimin korrupsiya əməllərindən və ölkənin varlığının xaricdə terrorizmə sərf edilməsindən bezən İran vətəndaşlarının barışcıl protestoları ilə bağlı məlumatlar gəlir. İran hakimiyyəti özünü ifadə etmək haqqı da daxil olmaqla öz xalqının haqlarına hörmətlə yanaşmalıdır. Dünya bu prosesi izləyir".
İran İslam Respublikasının prezidenti Həsən Ruhani isə hegemon dövlətin rəhbərinə qısa cavab verib: "Trampın etiraz aksiyalarına simpatiya göstərmək, bu barədə açıqlama vermək haqqı yoxdur. Vətəndaşlarımızın isə tənqid etmək və etiraz etmək haqqı var".

Təhsil-press.az

Oxşar xəbərlər