Bakıda beynəlxalq toplantı başladı - 800 iştirakçı var + İlham Əliyev iclasda

Bakıda beynəlxalq toplantı başladı - 800 iştirakçı var + İlham Əliyev iclasda Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı (QH) çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı öz işinə başlayıb.
İki gün davam edəcək tədbirdə Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkələr və təşkilatlar iştirak edəcək.
Hazırda toplantıya qatılmaq üçün 800-dən artıq iştirakçının Bakıya gəldiyi, tədbiri işıqlandırmaq üçün isə yerli və xarici media nümayəndələri daxil olmaqla 150-dən artıq şəxs akkreditasiyadan keçib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına 120 ölkə daxildir. Həmçinin burada 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur.
***
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.
2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək.
***
Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorje Arreaza Monzerrat ölkəsinin Prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini vurğulayaraq, onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə və konfrans iştirakçılarına çatdırıb.
Konfransda Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən sonra dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində nitq söyləyib.

Bakıda beynəlxalq toplantı başladı - 800 iştirakçı var + İlham Əliyev iclasdaBakıda beynəlxalq toplantı başladı - 800 iştirakçı var + İlham Əliyev iclasdaBakıda beynəlxalq toplantı başladı - 800 iştirakçı var + İlham Əliyev iclasda

Tehsil-press.az

Oxşar xəbərlər