
Əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.
Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əməkhaqqı artırılıb.
Tehsil-press.az