“Namizədlərin təklifləri nəzərə alınacaq...” - Prezidentdən təşəkkür

“Namizədlərin təklifləri nəzərə alınacaq...” - Prezidentdən təşəkkür Prezident İlham Əliyev bu gün andiçmə mərasimində seçkilərdə iştirak edən namizədlərə təşəkkür edib.
Ölkə başçısı bildirib ki, Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur:
"Namizədlərin çıxışlarında kifayət qədər kəskin, tənqidi fikirlər səslənmişdi. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Qeyd etməliyəm ki, kampaniya zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq".

Tehsil-press.az

Oxşar xəbərlər