Karetçilərimiz Serbiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək

Karetçilərimiz Serbiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək 10-13 may tarixlərində Serbiyanın Növı Sad şəhərində Avropa çempionatına hazırlaşan milli komandanın üzvləri Şəkidə təlim-məşqlərə başlayıb.
Olimpiya kompleksində hazırlıqlar bir həftə davam edəcək. Milli komandanın baş məşqçisi Şahin Xudaverdiyevin (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında təlim-məşq toplanışında qadınların böyük məşqçisi Anar Allahverdiyev, məşqçilər Seymur Hüseynov, Qurban Tağıyev, Rəşad Hüseynov, Denis Morozov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovla birgə gün ərzində üç dəfə keçirilir.
Bir həftəlik toplantında həmçinin federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, həmçinin idmançıların çıxışlarından hazırlanmış gündəlik xüsusi analitik məşqələlər nəzərdə tutulub.
İdmançılar qitə çempionatına son hazırlıqlarını mayın ilk günündən paytaxtadakı təlim-məşq bazasında keçirəcək.
Milli komanda Serbiyada Avropa çempionatına mayın 8-də yollanacaq.
Karateçilərimiz qarşıdakı nüfuzlu turnirin kumite və kata üzrə həm fərdi, həm də komanda yarışlarında çıxış edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər