Karate-kata yarışlarının qızıl mükafatçısı: Qələbəmi Azərbaycan xalqına həsr edirəm

Karate-kata yarışlarının qızıl mükafatçısı: Qələbəmi Azərbaycan xalqına həsr edirəm Mən öz qələbəmi Azərbaycan xalqına həsr edirəm.
Təhsil-press.az-ın məlumatına görə, bunu jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarında karate-kata yarışlarında qızıl medal qazanmış Roman Heydərov deyib.
O deyib: “18 yaşım olduğuna görə bu mənim üçün fantastik nəticədir. Mən artıq iki ildir ki, özümdən böyük rəqiblərlə yarışıram, ona görə də təcrübə toplamışam. Mənim finaldakı rəqibim çox güclü idi”.
Gələcək planları haqqında danışan karateçi bu ilin noyabrındakı gənclər arasında dünya çempionatına hazırlaşacağını deyib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər