Dəhşətli qəzada ölən 6 qadın pambıqçı imiş - Yenilənib + Video

Dəhşətli qəzada ölən 6 qadın pambıqçı imiş - Yenilənib + Video Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Şəhriyar kəndində baş verən qəzada 7 nəfər ölüb.
***
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, ölənlər pambıqçılar olub. Belə ki, traktorun qoşqusu kanala aşıb, nəticədə 6 qadın boğulub.
Hadisə şahidlərindən zərərçəkmiş bir nəfər xəstəxanaya aparılıb.
Həlak olanların cəsədləri ailələrinə təhvil verilib.
***
İcra hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, Sabirabadın icra başçısı Nazim İsmayılov da hadisə yerində olub.
***
Sabirabaddan seçilən deputat Rüstəm Xəlilov hadisə barədə “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, ölənlər Şəhriyar kəndinin sakinləridir: “ Mən hazırda işdəyəm. Amma hadisə barədə məlumatlıyam. Allah dünyasını dəyişən qadınlara rəhmət eləsin”.



Tehsil-press.az

Oxşar xəbərlər