Bayram səhəri qəza ilə açıldı, 2 nəfər öldü

Bayram səhəri qəza ilə açıldı, 2 nəfər öldü Göygöl rayonu ərazisində “BMW” markalı minik avtomobilinin yol kənarında olan maneəyə çırpılıb.
Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə zamanı ölən 1988-ci il təvəllüdlü İvan Codrean adlı şəxsin (Moldova vətəndaşı) cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan digər vətəndaş (şəxsiyyəti dəqiqləşdirilir) xilasedicilər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər