“Bunu ironiya ilə deyirəm, Hesablama Palatasının üzvlərinin əmək haqları yaxşı ki, Milli Məclisin sədrinin əmək haqqı səviyyəsində müəyyən edilməyib, birinci müavinin əmək haqqı səviyyəsində müəyyənləşdirilib. Mən Milli Məclisin işçisiyəm, millət vəkiliyəm və birbaşa olaraq işlədiyim yerin maraqlarını qorumaq mənim borcumdur”
Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Hesablama Palatasına deputatlar həmişə doğma təşkilat kimi baxıb: “Birini deyəndə, beşini də deməmişik. Dünyada heç bir ölkənin parlamentinə birmənalı münasibət yoxdur. Bunun haqlı və haqsız tərəfləri var. Mən Milli Məclisə yönələn haqsız iradları qəbul etmirəm. Bəlkə də elə görünür ki, bir sıra icra strukturları özünün prezident tərəfindən müəyyənləşmiş, etimad göstərilmiş missiyalarını yerinə yetirmədiyinə, özünün biznesi ilə məşğul olduğuna görə, özünün vəzifəsini avtopilota qoyub, hər şeyi Milli Məclisin üstünə istiqamətləndirir. Amma açıq formada deyirik ki, buna qarşı müqavimət göstərəcəyik. Mən deputatlara yuxarıdan aşağıya baxılmasını mənfi qiymətləndiririəm”.
Deputat Vahid Əhmədov isə çıxışına belə başlayıb: “Necə olur ki, Hesablama Palatasının işçiləri deputatlardan çox maaş alır? Söhbət yüz, iki yüz manatdan getmir, amma Hesablama Palatasının üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır.
Millət vəkillərinin maaşları məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib. Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir. Amma hesab edirəm ki, bu məsələdə də ədalətsizliyə yol vermək olmaz. Eyni zamanda, hesab edirəm ki, Hesablama Palatası üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır və ola da bilməz. Necə olur ki, Hesablama Palatası MM-in qurumu olduğu halda, amma onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır? Bu, düzgün deyil”.
Tehsil-press.az