Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb

Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb Mayın 14-də təhsil naziri Ceyhun Bayramov Albaniya Respublikasının Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçılarla görüşüb.
Nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını əldə etdikləri nailiyyətlər münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini ifadə edib.
Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" və qiymətli hədiyyələr təqdim edilib.
Görüşün sonunda xatirə fotosu çəkilib.

Kəmalə Rəhimli


Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb

Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb

Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb

Oxşar xəbərlər