Məktəbin birincisi oldu

Məktəbin birincisi oldu
Suraxanı rayonu 282 saylı orta məktəbin 1-ci sinif şagirdi Əhmədova Ayla Asif qızı məktəbin 1-ci sinif şagirdləri arasında keçirilən Unikal tədris kursunda sınaq imtahanlarından müvəffəqiyyət qazandığından sertifikatla təltif olunub. Məktəbin direktoru Camal Əlirzayev və müəlimə Zaida Babayeva həmin təltifi məktəbdə təntənəli şəkildə A.Əhmədovaya təqdim edib. Müəllimə Z.Babayeva Aylanın xüsusi istedada malik olduğunu və gələcəkdə yeni-yeni uğurlar əldə edəcəyinə inandığını qeyd edib.
A.Əhmədova daha yaxşı oxuyacağını, biliklərə yiyələnəcəyini və həm nümunəvi şagird, həm də təhsilini əla qiymətlərlə başa vuracağını, həyatını elmə, yaradıcılığa həsr edəcəyini bildirib. Sinif yoldaşları da Aylaya uğurlar arzulayıblar.
Nailiyyətlərinin çox olmasını diləyirik. Daim birincilər sırasında olmasını arzulayırıq.

Tehsil-press.az

Oxşar xəbərlər