Bakıda keçirilən “II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqəsində Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbin şagirdləri uğurla çıxış edib

Bakıda keçirilən “II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqəsində Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbin şagirdləri uğurla çıxış edib Müsabiqədə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbini təmsil edən fortepiano ixtisası üzrə I sinif şagirdi Məmmədov Fərid Elman oğlu (müəllimi: Abdullayeva Tamella) I dərəcəli diploma layiq görülüb.
Fərid Məmmədov G.F.Hendelin “Çakona” d moll, A.Stoyanov ” Variasiyalar” h moll və C.Hacıyev “Marş” əsərlərini ifa edib.
Məktəbin digər şagirdləri də müsabiqədə uğurla çıxış edib.
Belə ki, fortepiano ixtisası üzrə V sinif şagirdi Süleymanova Həmidə Əkrəm qızı I dərəcəli diploma layiq görülüb. O, İ.S.Baxın “Üçsəsli fuqa” C dur və S.Şaminad Konsert etüdü “Payız” əsərlərini ifa edib.
Fortepiano ansamblı üzrə isə IV sinif şagirdləri Maqsudova Buta Emin qızı və Quliyeva Xanna Xanoğlan qızı I dərəcəli diploma layiq görülüblər. N.Smirnova “Braziliya karnavalı” və Q.Qarayev “Vals” əsərlərini ifa etiblər. Fortepiano ansamblı üzrə VII sinif şagirdləri Əliyeva Lamiyyə Ceyhun qızı və Hüseynli Nərmin Zaur qızı I dərəcəli diploma layiq görülüblər. Onlar A.Pyatsolla “Libertanqo” və V.Adıgözəlov Bakı” əsərlərini ifa ediblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər