3 gün hava pis olacaq - Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.
Bakıda və Abşeron yarımadasında iyunun 07-si axşamdan 09-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. İyunun 09-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
İyunun 07-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.
Tehsil-press.az
- Baxış: 5388
Xəbərin tarixi: 06.06.2018 / 17:36
-
Oxşar xəbərlər
Sabahdan temperatur 8 dərəcə düşəcək - Dolu, qar yağacaq
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Azərbaycana qar yağacaq - Xəbərdarlıq
Sinoptiklər xəbərdarlıq edir: Yeni ilin ilk günündə hava şəraiti kəskin dəy ...
Azərbaycanda hava pisləşir - Qar yağacaq + Xəbərdarlıq
Sabahdan hava pisləşəcək: leysan yağacaq, dolu düşəcək
Həftənin birinci iş gününün hava proqnozu açıqlandı
Yağışlar yenidən başlayır - Leysan olacaq
Temperatur 5-8 dərəcə enəcək, şimşək çaxacaq, leysan yağacaq
XƏBƏRDARLIQ: Hava qeyri-sabit keçəcək, dolu düşəcək
Hava qeyri-sabit keçəcək, yağış yaşacaq, bəzi rayonlara dolu düşəcək
XƏBƏRDARLIQ: Hava yenə qeyri-sabit keçəcək, dolu düşəcək
Hava şəraiti dəyişəcək: güclü külək əsəcək, dolu düşəcək
Hava dəyişir - külək, leysan
Hava soyuyur - xəbərdarlıq edildi