Mustafa Babanlı: Bu ilin sonunadək ADNSU-da bir neçə adda məhsulun istehsalına başlanılacaq

Mustafa Babanlı: Bu ilin sonunadək ADNSU-da bir neçə adda məhsulun istehsalına başlanılacaq Dövlətimizin başçısının ölkəmizdə apardığı əsas siyasət ali təhsil müəssisələrində təkcə mütəxəssislərin hazırlanmasına deyil, həmçinin kiçik və orta sahibkarlığa dəstək göstərilməsi istiqamətində addımların atılmasıdır.
Bunu iyunun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “IXUN” Lazer Mərkəzinin təqdimatı ilə bağlı keçirilən tədbirdə rektor, professor Mustafa Babanlı jurnalistlərə müsahibəsində söyləyib.
ADNSU-da son yeniliklərdən və gələcək planlardan söz açan M.Babanlı deyib: “İnnovativ istehsalın universitetimizə gətirilməsində maraqlıyıq. Bu istiqamətdə həm texnologiyaların transferi, həm də startap müəssisələrinin yaradılmasında müəyyən addımlar atmışıq. Cari ilin sonunadək ADNSU-da “Made in Azerbaijan” brendi adı altında üç və ya dörd məhsulun istehsalına başlanılacaq. Həmçinin bu məhsulların xarici bazarlara ixracatı həyata keçiriləcək”.

Hüseyn Şərifov

Oxşar xəbərlər