Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyevlə görüşüb.
Görüşdə M.Babanlı elmi kadrların hazırlanmasında, buraxılış işlərinin mövzularının seçilməsində, həmçinin təcrübə mübadiləsində birgə işlər aparılmasının əhəmiyyətini vurğulayıb. Universitetdə həyata keçirilən islahatlardan, qəbul göstəricilərindən, startap layihələrindən, eləcə də müəssisələrlə əlaqələrdən danışan rektor diqqətə çatdırıb ki, sənaye trendləri olan sahələrdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın qurulması və təhsil kontentlərinin iqtisadiyyata yönəldilməsi zəruridir.
Birgə layihələrin hazırlanmasında ADNSU-ya hər zaman dəstək verilməsinə hazır olduqlarını deyən V.Vəliyev bunun üçün mövcud imkanlardan faydalanmağın əhəmiyyətindən danışıb.
Görüşdə, həmçinin birgə laboratoriyaların təşkili, elmi mövzuların hazırlanması, elmi tədqiqatların işlənməsi, yeni layihələrə dəstək verilməsi və digər istiqamətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Hikmət Əliyev