Azərbaycan Texniki Universiteti daha bir qurumla əməkdaşlığa dair memorandum imzalayıb

Azərbaycan Texniki Universiteti daha bir qurumla əməkdaşlığa dair memorandum imzalayıb İyunun 7-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı (“YT Park” MMC) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov və “YT Park” MMC-nin direktoru Tural Kərimli imzalayıblar.
Professor X.Yahudov bildirib ki, Azərbaycanda texnoloji sahənin inkişafı əsas prioritetlərdəndir. Bu mənada AzTU ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasındakı əməkdaşlığın kadr potensialının gücləndirilməsinə böyük töhfə verəcəyini deyən X.Yahudov “YT Park” ilə birgə strateji addımlar atılacağını qeyd edib.
Nazirliyin informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizli ali təhsil müəssisələri ilə istehsalat sahələrinin inteqrasiyasına diqqət çəkib. R.Əzizli bildirib ki, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə ekosistem formalaşdırmağa çalışır.
“YT Park” MMC-nin direktoru Tural Kərimli qeyd edib ki, kadr potensialının gücləndirilməsi üçün ali təhsil müəssisələri ilə istehsalat sahələrinin əməkdaşlığı vacibdir. O, bununla əlaqədar Yüksək Texnologiyalar Parkında sistemli işlər aparıldığını bildirib.
Qeyd olunub ki, razılaşma ilkin mərhələdə beşillik müddəti əhatə edir. Memorandumda elmi-texniki innovasiya sahəsində əməkdaşlıq, birgə layihələrin hazırlanması və icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi, gənc startapçıların yetişdirilməsi, dünya əmək bazarının tələblərinə uyğun, müasir düşüncəli, mütərəqqi ideologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması kimi məsələlər əksini tapıb.
Razılaşmaya əsasən, “YT Park” texniki bacarıqları müəyyənləşdirmək, müvafiq bazara çıxış proqramları ilə təminat, birgə proqramlarda tələbələri zəruri avadanlıqla təmin etmək və bu kimi digər öhdəlikləri üzərinə götürüb. Həmçinin elm və təhsil layihələrində, konfrans, seminar, “dəyirmi masa” və disputlarda AzTU-nun müəllim, tələbə və tədqiqatçılarının iştirakı təmin olunacaq. ”YT Park” universitetin çap məhsulları (məcmuələr, dərsliklər, tədris vəsaitləri və s.) ilə mütəmadi təmin edilməsi, müxtəlif elm sahələri üzrə yerli və xarici ölkə mütəxəssislərinin universitetdə bu ali təhsil ocağında mühazirə oxumaları, təlim və görüşləri üçün şərait yaratmaq missiyasını həyata keçirəcək. Bundan əlavə, universitet “YT Park”ı müəyyənləşdirilmiş ixtisaslarda təhsil alan tələbələrin göstərdikləri nəticələr barədə məlumatlarla təmin edəcək.
İmzalanma mərasimindən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri AzTU-nun tədris laboratoriyaları, patentləşdirilmiş ixtiraları, eləcə də universitet alimlərinin elmi tədqiqat işləri ilə tanış olublar.

Hüseyn Şərifov


Azərbaycan Texniki Universiteti daha bir qurumla əməkdaşlığa dair memorandum imzalayıbAzərbaycan Texniki Universiteti daha bir qurumla əməkdaşlığa dair memorandum imzalayıbAzərbaycan Texniki Universiteti daha bir qurumla əməkdaşlığa dair memorandum imzalayıbAzərbaycan Texniki Universiteti daha bir qurumla əməkdaşlığa dair memorandum imzalayıbAzərbaycan Texniki Universiteti daha bir qurumla əməkdaşlığa dair memorandum imzalayıb

Oxşar xəbərlər