Dövlət İmtahan Mərkəzi: Magistraturalara 8391 yer ayrılıb
2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına, ümumilikdə 8391 plan yeri ayrılıb. Onlardan 5 min 858 yer Azərbaycan bölməsi, 866 yer rus bölməsi, qalan 1667 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələrinə əsasən, 7 min 228 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb. Magistraturaya qəbul aparılan 74 proqram üzrə ayrılıqda qəbul planı və ixtisaslaşma seçiminə buraxılanların sayı haqqında məlumatla DİM-in rəsmi saytından tanış olmaq mümkündür.
Tehsil-press.az
- Baxış: 5751
Xəbərin tarixi: 08.06.2018 / 17:08
-
Oxşar xəbərlər