Türk dünyasının tanınmış simalarından olan Seyfullah Türksoya fəxri doktor adı verilib

Türk dünyasının tanınmış simalarından olan Seyfullah Türksoya fəxri doktor adı verilib Türk dünyasının tanınmış simalarından olan Seyfullah Türksoya Bakı Avrasiya Universitetinin (BAU) fəxri doktoru adı verilib.
Bu münasibətlə təşkil edilən tədbirdə Qafqaz Universitetlər Birliyinin rəhbəri, professor Ramazan Korkmaz, Milli Məclisin deputatı Hikmət Babayev, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbəri Hüseyn Böyükfırat, Xalq Şairi Sabir Rüstəmxanlı, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Universitetin xarici əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Səyavuş Qasımov türk dünyası haqqında ən önəmli layihələrə imza atmış Seyfullah Türksoyun Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi üçün gördüyü işlər barədə geniş məlumat verib. O çıxışında qeyd edib ki, bu gün türkdilli dövlətləri dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirir. Ən yüksək zirvədə duran Türkiyə-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu münasibətlərə gözəl nümunədir. Qeyd olunub ki, bu əlaqələr birgə tarixi köklərimiz, etnik mənsubiyyətimiz, dilimiz, dinimiz, mədəniyyətimiz və ənənələrimiz kimi çox mühüm amilləri şərtləndirir.
Daha sonra Qafqaz Universitetlər Birliyinin rəhbəri, professor Ramazan Korkmaz Seyfullah Türksoyun fəaliyyətinə böyük dəyər verən Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. Professor qeyd edib ki, sovetlər birliyi dönəmində türk sözünü dilə gətirməyin suç olduğu bir zamanda Seyfullah Türksoyun Azərbaycan və Türkiyə üçün gördüyü işlərin qiyməti ölçüyəgəlməzdir.
Tədbirdə Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli Seyfullah Türksoya fəxri doktor diplomunu və medalını təqdim edib.
Təqdimatdan sonra qonaqları qəbul edən rektor türk dünyasının önəmli isimləri sırasında Seyfullah Türksoyu görməsindən məmnunluğunu ifadə edib.
Nazim Hüseynli türk dünyası birliyinin qurulmasının bütün türk aydınlarının üzərinə düşən bir vəzifə olduğunu deyib və bu istiqamətdə yorulmadan böyük işlər görən Seyfullah Türksoya cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türk dünyasının tanınmış simalarından olan Seyfullah Türksoya fəxri doktor adı verilibTürk dünyasının tanınmış simalarından olan Seyfullah Türksoya fəxri doktor adı verilib

Tehsil-press.az

Oxşar xəbərlər