
Baş katibin müavini Ömer Kocaman, öz növbəsində, təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, Şuranın məqsəd və vəzifələri sırasında elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, BDU və Türk Şurası çərçivəsində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin birgə layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını nəzərə çatdırıb.
Daha sonra Türk Universitetlər Birliyi ilə BDU-nun əməkdaşlıq əlaqələri, təhsil və elmlə bağlı bir sıra layihələrin icrası qərara alınıb.
Qeyd edək ki, görüş ərəfəsində nümayəndə heyətinin prorektor, professor Sani Hacıyev, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova və Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova ilə görüşü olub. Görüş zamanı Türk Universitetlər Birliyi nəzdindəki Orhun Süreci proqramın BDU-da reallaşdırılması məsələləri, həmçinin universitetdə Boloniya prosesinin tətbiqi, Erasmus Mundos, Mövlanə Mübadilə proqramları kimi layihələrin icrası müzakirə edilib.
Mətbuat və informasiya şöbəsi


