Makedoniyanın adı rəsmən dəyişdi - Fotolar

Makedoniyanın adı rəsmən dəyişdi - Fotolar Yunanıstan ve Makedoniya arasında davam edən 27 illik problem öz həllini tapıb.
İki dövlət “Ad problemi” ilə bağlı məsələnin həllinə dair tarixi razılaşmaya imza atıb.
Belə ki, Yunanıstanın xarici işlər naziri Nikos Kasiyas və Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov iki ölkənin sərhədində yerləşən Prespa gölü yaxınlığındakı Psarades kəndində təşkil edilən mərasimdə razılaşmanı imzalayıblar.
Razılaşmaya əsasən, Makedoniya dövlətinin adı Şimali Makedoniya Cümhuriyyəti olaraq dəyişdirilib. Bundan sonra Avropa İttifaqına və NATO-ya üzvlüyünə əngəl yaradan amillərin aradan qaldırılması gözlənilir.
Qeyd edək ki, mərasimdə Yunanıstan Baş naziri Aleksis Çipras, Şimali Makedoniya Cümhuriyyətinin Baş naziri Zoran Zayev, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, BMT-nin xüsusi təmsilçisi Metyu Nimets və digər rəsmilər də iştirak ediblər.

Makedoniyanın adı rəsmən dəyişdi - FotolarMakedoniyanın adı rəsmən dəyişdi - Fotolar

Tehsil-press.az

Oxşar xəbərlər