
Şotlandiyanın müxtəlif universitetlərində diplomların təqdim olunma mərasiminə həsr edilmiş qəzetin “Perspektivlər” bölməsində BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin (HVU) 2018-ci il məzunlarının da siyahısı dərc olunub. Onların arasında HVU-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsinin diplomunu əldə edən 80-dən çox BANM tələbəsinin adı var. Qeyd edək ki, azərbaycanlı məzunlara Böyük Britaniya universitetinin diplomlarının təntənəli təqdim olunma mərasimi 28 iyunda BANM-ın Məzun Günündə həyata keçirilib.
“The Scotsman” qəzeti 1817-ci ildə Şotlandiyanın Edinburq şəhərində fəaliyyətə başlayıb. 1988-ci ildə qəzet Böyük Britaniyada daim yenilənən xəbər saytı yaradan ilk periodik nəşrlərdən biri olub. 2012-ci ildə isə qəzet ilin qəzeti olaraq “Scottish Press Award” mükafatına layiq görülüb.
Hüseyn Şərifov