Bakı Ali Neft Məktəbinin rektoru Heriot Vatt Universitetində olub

Bakı Ali Neft Məktəbinin rektoru Heriot Vatt Universitetində olub Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Edinburq şəhərində yerləşən Heriot Vatt Universitetində (HVU) səfərdə olub.
Səfərin əsas məqsədi iki ali məktəb arasında münasibətlərin gücləndirilməsi, proqram təminatı və cari məsələlərin həlli, eyni zamanda gələcək əməkdaşlığın yeni istiqamətlərinin müzakirəsi olub.
İlkin görüş rektor Elmar Qasımov və HVU-nun Mühəndis və Fiziki Elmlər Məktəbinin rəhbəri Stefan MakLaflinlə görüşüb. Görüşün əsas məqsədi BANM-də Akademik proqram idarəetməsini təkmilləşdirmək olub. Görüşdə Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin rəhbəri Kəklik Gözəlova və Proqram Menecer Nərgiz Tarverdiyeva və HVU-nun kollektivi – dr. Con Ford, dr.Cilan Tomson, dr. Qreym Vayt, dr.Stefan Hyuston, dr. Asgar Şams, xanim Patrisia Dunkan və xanım Nikola Qordon iştirak ediblər. Uzun müzakirələrdən sonra tərəflər Ali Məktəbdə təhsil alan tələbələrin proqram təminatının daha da yaxşılaşdırılması, eyni zamanda növbəti Məzun gününün təşkilatı məsələləri barədə razılığa gəliblər.
Ali Məktəbin rektoru səfər zamanı HVU-nun rektoru prof. Riçard Uilyamsla da görüşərək strateji əməkdaşlıq haqqında danışıqlar aparıb. Tərəflər təhsilin yeni istiqamətləri, BANM-də birgə doktorantura pilləsinin təşkili, magistr pilləsində tədrisin genişləndirilməsi istiqamətində razılığa gəliblər.
Qeyd edək ki, BANM-lə mütəxəssis hazırlığında əməkdaşlıq edən HVU 2012-ci ildən Ali Məktəbin rəsmi partnyorudur və Ali Məktəbin məzunları həm BANM-in, həm də HVU-nin diplomunu əldə edirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi



Oxşar xəbərlər