
Bu sözləri xalq artisti Flora Kərimova instaqram səhifəsində yazıb. O, 25 ildir ki, ad günü keçirmədiyini qeyd edib:
“Mən 25 ildir ki, bu hissləri yaşaya bilmirəm. Ona görə də hər il 23 iyulu adi günlərdən biri kimi keçirirəm. Mənim üçün 23 iyul təqvimdə yoxdur. Belə bir gündə yaş günümü qeyd etmək mənə yaraşmaz. Ağdamın azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram eləyəcəm ki, səsi hər yana yayılacaq. İnşaAllah o günü görəcəyəm, mən buna inanmaq istəyirəm”.
Tehsil-press.az