İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 29–dan avqustun 1‑dək http://eservices.dim.gov.az/erizebak/dpk/ linkindən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər keçə bilərlər.
Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərinə (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) uyğun olduqları halda müsahibəyə buraxılırlar.
Yüksəkixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan islamşünaslıq ixtisası üzrə təhsil almaq istəyənlər dünyagörüşlərinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədilə yaradılmış komissiyada müsahibədən keçəcəklər. Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) yaradılan Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və institutun əməkdaşları daxil edilib. Müsahibədə abituriyentlər psixoloji vəziyyəti və yaradıcı təfəkkür imkanlarının xüsusi metodika yolu ilə yoxlanılacaq. Müsahibə zamanı, habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, islamşünaslıq ixtisasına uyğunluğu, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarığı, natiqlik qabiliyyəti qiymətləndiriləcək.
Müsahibədə iştirak etmək istəyənlər DİM-in internet səhifəsində qeydiyyatdan keçməlidirlər. İlkin qeydiyyat iyulun 29-dan 31-dək, boş qalan yerlərə qeydiyyat isə avqustun 15-də və 16-da aparılacaq. İlk imtahan avqustun 1-dən 6-dək, boş qalan yerlərə imtahan isə avqustun 17-dən 20-dək saat 09:00-da Bakı şəhəri, Əhməd Cəmil 41a ünvanında - Bakı Dövlət Universitetinin keçmiş ilahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər