Şəhriyar Məmmədyarov ən güclü oldu

Şəhriyar Məmmədyarov ən güclü oldu Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan IV şahmat turnirinin yekun turu keçirilib.

Təhsil-press.az xəbər verir ki, sonuncu - doqquzuncu turda yarışın lideri, həmyerlimiz Şəhriyar Məmmədyarov bolqar şahmatçı Veselin Topalovla qarşılaşıb. Görüş heç-heçə başa çatıb və xallarının sayını 5,5-ə çatdıran Şəhriyar xatirə turnirinin qalibi olub. Digər həmyerlimiz Teymur Rəcəbov isə mükafatçılar arasında yer ala bilməyib.

Təhsil-press.az

Oxşar xəbərlər