Qapalı məkanlarda uzun müddət qalmaq gözlərdə miopatiyanın yaranmasına səbəb olur

Qapalı məkanlarda uzun müddət qalmaq gözlərdə miopatiyanın yaranmasına səbəb olur Ölkəmizdə son illərdə göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkən uşaqların sayı 26 mindən çoxdur. Statistikaya görə, bu xəstəliklər 13 yaşadək uşaqlar arasında daha çox yayılıb. Uşaqların qapalı məkanlarda çox vaxt keçirmələri buna əsas səbəb kimi göstərilir.
Uzun müddət qapalı məkanlarda olmaq gözləri gün işığından məhrum edir. Gözün lazımi vitaminləri ala bilməməsi nəticəsində görmə qabiliyyəti zəifləyir.
Oftalmoloqların dediyinə görə, qapalı məkanlarda çox vaxt keçirmək günəş şüalarının təsiri nəticəsində əmələ gələn D3 vitaminin çatışmazlığına səbəb olur. Ona görə də gözün xarici karkası uzanmağa başlayır və uşaqların görməsində problemlər əmələ gəlir. Mütəxəssislər onu da qeyd edirlər ki, yaxın məsafəyə çox baxmaq nəticəsində gözlərdə yorğunluq və gərginlik yaranır. Miopatiyanın (uzağı görə bilməmə halı) yaranmasının əsas səbəblərindən birini də elə burada axtarmaq lazımdır.

Tehsil-press.az

Oxşar xəbərlər