Azyaşlılar yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib

Azyaşlılar yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi azyaşlılarda yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Şəhər 28 nömrəli uşaq bağçasında keçirilən tədbirdə azyaşlılarla yanaşı onların valideynləri və bağça tərbiyəçiləri də iştirak edib. Keçirilən görüşdə çıxış edən DYPB-nin əməkdaşı Tural Niftalıyev bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədlərinin azyaşlılar arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq olduğunu bildirib. O, əyani vasitələrlə avtomobil, küçə, səki, işıqfor və digər anlayışlar barədə ətraflı məlumat verib. Bundan əlavə valideynlərə uşaqları bağçaya gətirib apararkən əməl etməli olduqları yol hərəkəti qaydaları izah edilib. Bağça rəhbərliyi və valideynlər də belə maarifləndirici tədbirlər keçirdiklərinə görə polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Sonda uşaqlar yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər