Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər

Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 10 məzunu 2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında I, III və IV ixtisas qrupları üzrə ən yüksək nəticə göstərib.
Belə ki, III ixtisas qrupu üzrə 45 nömrəli tam orta məktəbin məzunu Elvin Kərimli, 89 nömrəli tam orta məktəbin məzunu Şayxanım Həsənova, 214 nömrəli tam orta məktəbin məzunu Leyli Əhmədova və Texniki-Humanitar Liseyin məzunu Zeynəb Quluzadə, I ixtisas qrupu üzrə 297 nömrəli məktəbin məzunu Anar Abıyev, 169 nömrəli tam orta məktəbin məzunu Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin məzunu Sona Mehdizadə, 109 nömrəli tam orta məktəbin məzunu Azər Zeynallı, IV ixtisas qrupu üzrə 192 nömrəli tam orta məktəbin məzunu Anar Kərimxanov, 29 nömrəli tam orta məktəbin məzunu Nərmin Balakişiyeva bütün test suallarına düzgün cavab verərək, 700 bal toplayıblar.
Qeyd edək ki, Elvin Kərimli 2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə bürünc medalın sahibi olub. Həmçinin, “Nə? Harada? Nə zaman?” və “Əlaçı” intellektual bilik yarışmalarının qalibidir.
Şayxanım Həsənova məktəbdə əlaçı və fəal şagirdlərdən olub. İstedadı və təfəkkürü, sərbəst fikir yürütmək qabiliyyəti, nümunəvi davranışı ilə seçilib.
Leyli Əhmədova 2016-2017-ci ildə Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə qızıl medalın sahibi olub. Onu da qeyd edək ki, Leylinin qardaşı İbrahim Əhmədov da 2015-ci ildə ali məktəbə qəbul imtahanlarında 700 bal toplayıb.
Zeynəb Quluzadə 2016-2017-ci ildə Respublika Fənn Olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc medal, 2017-2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb.
Qeyd edək ki, Zeynəb təkcə təhsildə deyil, eyni zamanda incəsənət sahəsində də böyük nailiyyətlər əldə edib. Belə ki, vokal üzrə 2017-ci ildə Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqədə II, 2018-ci ildə isə Respublika Gənclər Fondu tərəfindən təşkil olunan incəsənət olimpiadasında I yeri tutub.
Anar Abıyev ümumi orta və tam orta təhsilini fərqlənmə attestatı ilə başa vurub. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənib.
Anar Kərimxanov hələ IV sinifdə oxuyarkən Respublika Fənn Olimpiadalarında riyaziyyat fənni üzrə I yerə layiq görülüb. 2016-cı ildə "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"ndə xüsusi dərəcəli diplom ilə təltif edilib. 2017-ci ildə “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub.
Aslan Aşirov ümumi orta və tam orta təhsilini fərqlənmə attestatı ilə başa vurub. Məktəb tədbirlərində fəal iştirakı ilə fərqlənib.
Sona Mehdizadə 2007-2014-cü illər ərzində Səid Rüstəmov adına Uşaq İncəsənət Məktəbində fortepiano üzrə təhsil alıb. 2016-2017-ci ildə Respublika Fənn Olimpiadalarında riyaziyyat fənni üzrə I yeri tutub.
Nərmin Balakişiyeva ümumi orta və tam orta təhsilini fərqlənmə attestatı ilə başa vurub.2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında riyaziyyat fənni üzrə I yerin qaliblərindən olub.
Azər Zeynallı da həmçinin, nümunəvi və çalışqan şagirdlərdən olub. Musiqi və rəsmə böyük marağı var. XI sinfi yüksək göstəricilərlə başa vurub.
Ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlərlə bərabər, onlardan elə də geri qalmayan minlərlə digər abituriyent də yüksək nəticə əldə edib. Ümumilikdə, son illərdə ali məktəblərə qəbul üzrə abituriyentlərin orta bal göstəricisi durmadan artmaqdadır.
Uğur qazanmış abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

Mətbuat Xidməti


Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər  Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər  Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər  Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər  Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər  Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər  Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər  Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər  Qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlər



Oxşar xəbərlər