Leyla Əliyeva Bakıya qonaq gələn rusiyalı gənclərlə görüşüb

Leyla Əliyeva Bakıya qonaq gələn rusiyalı gənclərlə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiyanın bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
Gənclər səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda umummilli lider Heydər Əliyevin məzarını daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.
Daha sonra nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzindəki “Azərbaycan inciləri” və “Mini Azərbaycan” sərgiləri ilə də tanış oldular.
Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın ilə görüşərək dəvət üçün təşəkkürlərini bildirmiş, səfər təsüratları ilə bölüşərək, ona xatirə hədiyyələrini təqdim ediblər.
Növbəti günlər qonaqlar JARA-2018 Beynəlxalq müsiqi Festivalının açılışında iştirak etmiş, Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanış olmuş, Muzey Mərkəzi, Xalça Muzeyi, Qız Qalası, Şirvanşahlar sarayı, İçərişəhər ilə tanış olublar.

Leyla Əliyeva Bakıya qonaq gələn rusiyalı gənclərlə görüşüb

Leyla Əliyeva Bakıya qonaq gələn rusiyalı gənclərlə görüşüb

Leyla Əliyeva Bakıya qonaq gələn rusiyalı gənclərlə görüşüb

Tehsil-press.az

Oxşar xəbərlər