Sabiq baş nazirin qardaşı saxlanıldı

Sabiq baş nazirin qardaşı saxlanıldı 1 mart 2008-ci il hadisələri ilə əlaqədar cinayət işi çərçivəsində Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan Yerevanda saxlanılıb.
Avqustun 6-sı və 7-si keçirilmiş əməliyyatlar zamanı Mxçyan kəndində Ambik Gevorkyanın adına rəsmiləşdirilmiş, əslində isə Abramyanlara məxsus köhnə mexanika-təmir zavodunda müxtəlif silah-sursat tapılıb. Onların 2008-ci il hadisələri zamanı istifadə edilib-edilmədiyi araşdırılır.
Qevorkyanla Abramyan qanunsuz silah saxlamaqda ittiham edilir.
Qeyd edək ki, 2008-ci il martın 1-də prezident seçkilərindən sonra keçirilən nümayişlər silah gücünə dağıdılıb. Nəticədə 10 nəfər dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər