“UNEC-i tanı!” layihəsində 700-dən çox abituriyent iştirak edib

“UNEC-i tanı!” layihəsində 700-dən çox abituriyent iştirak edib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirilən “UNEC-i tanı!” layihəsində 700-dən çox abituriyent iştirak edib.
Layihə bu ali məktəbi abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq məqsədi daşıyır. Layihə çərçivəsində universitetdə səhər saat 9-dan 18-dək gənclərin müraciətləri dinlənilir. Abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat verilir. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir. Onlar xüsusi təqaüd, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom və UDİD proqramları barədə məlumatlandırılır. Abituriyentlər, həmçinin təhsil almaq istədikləri ixtisasın tədris olunduğu bina və auditoriyalarla tanış ola bilirlər.
Regionlarda yaşayan və universitetə gəlmək imkanı olmayan abituriyentlərin müraciətləri isə UNEC-in rəsmi “Facebook” səhifəsində cavablandırılır. Eyni zamanda, müraciətini öz “Facebook” səhifəsindən #UNECdənsoruş haştagı ilə paylaşan abituriyentlərin də bütün suallarına cavab verilir.
Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qruplarında 20 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər