
46 yaşlı müğənni və onun rəsmi nikahda olduğu əri, plastik rəssam, 36 yaşlı Civan Yusiv icarəyə götürdükləri yaxtada ada sahillərini dolaşıblar. Yaxtada onların dostları və rəfiqələri də vardı.
Civan Yusif Suriyanın Ras əl Ayn şəhərində doğulub və atası türk, anası ermənidir. Sonradan ailə İsveçə gedib.
Məlumat üçün bildirək ki, C.Yusif Londondakı “The Bomb Factory Art Foundation” studiyasının banisi və sahibidir.
Cütlük, 2016-cı ildə nişanlanıb, bu ilin yanvarında evlənib.
Riki Martin Sardiniya istirahətindən fotoları “Instagram”da paylaşaraq “Ərimi, türk qaynatamı və erməni qaynanamı çox sevirəm” şərhini yazıb.

Tehsil-press.az