Qusarda 10 nəfərlik dəstə saxlanıldı - Vətəndaşlara 100 min ziyan vurublar

Qusarda 10 nəfərlik dəstə saxlanıldı - Vətəndaşlara 100 min ziyan vurublar Qusarda illərdir quldurluq edən dəstə polis tərəfindən saxlanılıb. Qusar rayon polis şöbəsində qeydə alınan 17 mənzil oğurluğu və bir quldurluq hadisəsi bu günlərdə aparılan əməliyyat – axtarış tədbirləri nəticəsində ələ keçən 10 nəfər rayon sakini tərəfindən törədildiyi müəyyənləşib.
Cinayətkar dəstənin 2015-ci ildən hazırki dövrə qədər Qusar rayonunda ayrı-ayrı mənzillərdən pul, zinət və məişət əşyaları oğurladığı aşkarlanıb. Üç il ərzində törədilən hadisələr nəticəsində vətəndaşlara ümumi məbləği 100 min manat dəyərində olan ziyan dəyib. Qrupun 3 üzvü isə quldurluq hadisəsi törətməkdə təqsirli bilinir.
İlkin araşdırmalara görə cinayətkar dəstə 2015-ci ildə 5, 2016-ci ildə 6, 2017-ci ildə 3, 2018-ci ildə isə 4 cinayət hadisəsi törətməkdə təqsirli bilinir. Dəstə üzvlərindən bir nəfəri Şıxzada Şıxıyev 2017-ci ildə dünyasını dəyişib.Hazırda Qusar rayon PŞ tərəfindən saxlanılan 10 nəfərdən 7-si barəsində həbs qətimkan tədbiri seçilib,3 nəfər isə nəzarətə götürülüb. Dəstə üzvlərinin digər cinayət hadisələrində də iştirak etməsi araşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər