ADA Universitetinin müəllim və tələbələri şərəf andı içib

ADA Universitetinin müəllim və tələbələri şərəf andı içib Sentyabrın 10-da ADA Universitetinin müəllim və tələbələrinin şərəf andını içməsi mərasimi keçirilib.
Bu tədris ilində Şərəf məcəlləsini yeni qəbul edilən 540 bakalavr, 130 magistr, 35 müəllim imzalayıb.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbir ADA Universitetində təhsil alan tələbələrin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.
Şərəf məcəlləsi beş akademik əxlaq və dürüstlük prinsipindən ibarətdir: “Yalan danışma! Aldatma! Plagiatlıq etmə! Ayrı-seçkilik salma! Bu prinsipləri pozmaqda başqalarına yardım etmə!”. ADA Universitetinin fəlsəfəsi akademik əxlaq və dürüstlüyün sanksiya, qadağa və hədələrin tətbiqi ilə deyil, bu dəyərləri yüksək tutan akademik mədəniyyətin aşılanmasına arxalanır. Bir qayda olaraq, tədris ilinin əvvəlində yeni tələbələr akademik əxlaqın dünyada ümumi qəbul edilmiş standartları barədə maariflənmək üçün dekanları və müəllimləri ilə müzakirə panelləri keçirirlər.

Kəmlə Rəhimli

Oxşar xəbərlər