![Moskva Dövlət Universiteti Bakı filialının tələbələri MEK-i ziyarət ediblər](https://cdn.trend.az/media/pictures/2018/09/18/mek_sefer_180918__(1).jpg)
Tələbələr ekskursiyaya kitabxananın oxucuların qeydiyyatı bölməsindən başlayıblar. Sonra ziyarətçilər Sərgi salonunda Bakının erməni daşnak-rus bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunan, o cümlədən “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “Heydər Əliyev - 95” və digər mövzularda nümayiş olunan kitablarla tanış olublar. Eyni zamanda onlar MEK-in Diplomatik fondunu, Nadir kitab fondunu, Oxu zallarını da gəziblər, kitabxana haqqında ətraflı məlumat alıblar.
Tehsil-press.az