Vyetnam prezidenti dünyasını dəyişib

Vyetnam prezidenti dünyasını dəyişib Vyetnam prezidenti Çan Day Kuanq dünyasını dəyişib. Bu barədə xarici KİV xəbər yayıb.
Qeyd edək ki, 61 yaşlı Çan Day Kuanq 2016-cı ildən ölkə prezidenti idi.
O, 1976-cı ildə qurulan Vyetnam Sosialist Respublikasının sayca 8-ci dövlət başçısı olub. Karyerasına daxili işlər orqanlarında başlayıb. Sonra isə uzun müddət İctimai Təhlükəsizlik Nazirliyində çalışıb. Fəlsəfə və hüquq elmləri doktoru olub.

Tehsil-press.az

Oxşar xəbərlər