Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti BSU-da olub

Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti BSU-da olub 20 sentyabr 2018-ci il tarixdə Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı tədbirdə iştirak etmək üçün respublikamıza gəlmiş Bolqarıstan Respublikasının Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanın rəhbərlik etdiyi on nəfərlik nümayəndə heyəti Bakı Slavyan Universitetində qonaq olublar. Qonaqlar universitetin foyesində tələbələrin hazırladığı milli kompozisiya ilə qarşılanıblar. Bədii hissədə BSU-nun bolqar dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən bolqar dilində şeirlər səsləndirilib, “Arzu” rəqs ansamblının təqdimatında milli və bolqar rəqsləri nümayiş olunub.
Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva əvvəlcə BSU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, universitetdə fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə qısa məlumat verib. BSU-nun beynəlxalq əlaqələrindən söz açan N.Əliyeva Bolqarıstanın qabaqcıl universitetləri ilə qurulan sıx əməkdaşlıq barədə ətraflı söhbət açıb. N.Əliyeva 1996-cı ildən BSU-da bolqar dili tədris olu-nduğunu diqqətə çatdırıb.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzində bolqar dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər. Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən rəsmilər mərkəz nəzdindəki kitabxana ilə də tanış olublar. Rektor Nurlana Əliyeva vurğulayıb ki, 2002-ci ildə Bakı Slavyan Universiteti ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb, həmin il Bolqarıstan Respublikasının sabiq prezidenti Celyu Celevə Bakı Slavyan Universitetinin Fəxri doktoru adı verilib. 2004-cü ildə BSU-da Bolqar Dili və Mədəniyyəti Mərkəzi Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun iştira-kı ilə açılıb.
Tədbir rəsmi hissə ilə davam edib. Rəsmi hissəni giriş sözü ilə açan professor Nurlana Əliyeva Azərbaycanla Bolqarıstan arasında tarixən geniş dostluq əlaqələrinin olduğunu bildirib. O, bu münasibətlərin humanitar sahədə də özünü daha aydın göstərdiyini deyib. Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətindən danışan N.Əliyeva bildirib ki, mərkəzin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələ-ri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və el-minə marağını artırmaq, həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Rektor son illər ərzində ölkəmizə səfər edən Bolqarıstanın sabiq vitse-prezidenti Marqarita Popova və hazırki vitse-prezident İliana Yotovanın Bakı Slavyan universitetində qonaq olduqlarını xatırladıb. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi altında Bolqarıstanın bir sıra dini-mədəni obyektlərində təmir-bərpa işlərinin aparıldığını, arxeoloji qazıntılara şərait yaradıldığını vurğulayıb.
Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva isə çıxışında Azərbaycanla Bolqarıstan arasında istər siyasi, iqtisadi, istərsə də elmi, texniki və mə-dəni istiqamətdə münasibətlərin sürətlə inkişaf etməkdə olduğunu bildirib. Hər iki res-publikanın dövlət başçılarının bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını bəyan edən parlament sədri ökələrimiz arasında təhsil, o cümlədən mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha vurğulayıb. Azərbaycanla Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açan T. Karayançeva qeyd edib ki, Bakı Slavyan Universitetində bolqar dilinin, tarixinin, mədəniyyətinin, etnoqrafiyasının tədrisi bu ölkədə dost xalqların milli-mənəvi dəyərlərinə marağın böyük olmasından xəbər verir. O, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

BSU-nun Mətbuat Xidməti


Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti BSU-da olub
Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti BSU-da olub
Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti BSU-da olub
Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti BSU-da olub

Oxşar xəbərlər