
OPEC lideri Səudiyyə Ərəbistanı və təşkilatın müttəfiqi Rusiya neft istehsalını artırmayacaqlarını açıqlayıblar.
Əlcəzairdə OPEC iclasından öncə açıqlama verən S.Ərəbistanı enerji naziri Xalid əl-Falih istehsal həcmini artırmaq imkanları olduğunu, lakin hələlik buna ehtiyac görmədiklərini söyləyib.
Rusiya enerji naziri Aleksandr Novak da eyni tərkibli açıqama verib.
Xatırladaq ki, Tramp 3 gün öncə neft qiymətinin son zamanlarda bahalaşmasında OPEC və Yaxın Şərq ölkələrini ittiham etmiş və qiymətlərin endirilməsini tələb etmişdi.
Qeyd edək ki, “Brent” marklı neftin qiyməti 80 dolları ötüb.
Tehsil-press.az