Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili qeyd edilib

Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili qeyd edilib Martın 3-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ilinin başlanmasını bildirən Bahar bayramına həsr olunan tədbir keçirilib.
Tədbirin açılışında çıxış edən BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli iştirakçıları “Çundjie” bayramı münasibətilə təbrik edib.
O.Cəlilbəyli bildirib ki, Azərbaycanda Çin dili və mədəniyyətinin tanıdılması istiqamətində bir sıra tədbirlər keçirilir. Konfutsi İnstitutu elm, təhsil, humanitar sahədə iki ölkə arasında körpü rolunu oynayır. Bu qurum vasitəsilə Azərbaycanda Çin dilinin tədrisi təşkil olunur, Çin mədəniyyətinin yayılması həyata keçirilir.
O.Cəlilbəyli Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə Konfutsi İnstitutunun AZƏRTAC-da, müxtəlif elm və təhsil ocaqlarında uğurlu fəaliyyətini qeyd edib. Bildirilib ki, indiyədək Konfutsi İnstitutunun Azərbaycanda doqquz filialı yaradılıb.
Qeyd olunub ki, Konfutsi İnstitutu hər il imtahanlar da təşkil edir və Çinə təhsil qrantları qazanır. Fəaliyyət göstərdiyi dövrdə Konfutsi İnstitutu vasitəsilə Çinə çoxlu sayda aspirant, magistr və tələbə göndərilib.
BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru xanım Luo Siaocı bildirib ki, bu gün Çin dilini, ümumiyyətlə, Çin mədəniyyətini sevənlərin bayramıdır. Ötən illər ərzində Konfutsi İnstitutunun fəaliyyəti nəticəsində Çin və Azərbaycan arasında möhkəm dostluq körpüsü yaranıb.
L.Siaocı Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib və bu ənənələrin dünya mədəni irsinin əsas elementi kimi qorunub saxlanıldığını vurğulayıb. Bildirilib ki, Yeni ilin qarşılanması ənənəvi Çin mədəniyyəti üçün ailə həyatında ən mühüm hadisədir. Çinlilər hesab edirlər ki, baharın ilk günündə təbiət oyanır, torpaq canlanır, həyat təzələnir Bu il Çinin “Çundjie” bayramının Azərbaycanda Novruz bayramı ərəfəsində keçirildiyini qeyd edən L.Siaocı bunun mədəniyyətlərimizin qədim köklərə malik olmasından qaynaqlandığını deyib.
Sonra Çin Yeni ilinə həsr edilən şənlik keçirilib.
Bakı Dövlət, Azərbaycan Dillər, “ADA”, Bakı Mühəndislik universitetləri tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında rəqslər, Çin xalq mahnıları və səhnəciklər təqdim edilib, bu ölkənin şairlərinin yaradıcılığından nümunələr səsləndirilib.

Hikmət Əliyev


Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili qeyd edilibBakı Dövlət Universitetində Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili qeyd edilibBakı Dövlət Universitetində Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili qeyd edilib

Oxşar xəbərlər