ABŞ-dan Türkiyə ilə bağlı “F-35” açıqlaması

ABŞ-dan Türkiyə ilə bağlı “F-35” açıqlaması ABŞ gələn il martında Türkiyəyə daha iki ədəd “F-35” təyyarəsi təhvil verməyi planlaşdırır.
Bu barədə “F-35” layihəsinin direktoru vitse-admiral Met Uinter məlumat verib.
O, Türkiyəyə 100 təyyarənin təhvil verilməsi ilə bağlı müqavilədə heç bir dəyişiklik olmadığını, razılaşma üzrə çalışmaların davam etdiyini qeyd edib.
Xatırladaq ki, iyunda Türkiyəyə ilk iki ədəd “F-25” təhvil verilib və ABŞ-da təlim uçuşlarına başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər