Azərbaycan nefti bahalaşdı - Son 4 ilin maksimumu

Azərbaycan nefti bahalaşdı - Son 4 ilin maksimumu Dünya birjalarında neft bahalaşmaqda davam edir.
İCE London birjasında Brent markalı neft 0,4 faiz bahalaşaraq barreli 85,27 dollar olub.
WTI markalı neftin noyabr fyuçersi 0,686 faiz bahalaşaraq barreli 75,82 dollara yüksəlib.
Qeyd edək ki, Brent markalı neft sonuncu dəfə 2014-cü ilin noyabrında 85 dollarlıq həddi keçib.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 1,16 dollar bahalaşaraq 85,94 dollar təşkil edib. Azərbaycan nefti sonuncu dəfə 2014-cü ilin noyabrında 85 dollardan baha satılıb.

Tehsil-press.az

Oxşar xəbərlər