Abel Məhərrəmov müəllimləri təbrik edib

Abel Məhərrəmov müəllimləri təbrik edib Rektor Abel Məhərrəmovun Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Təbrikdə deyilir: “Əziz müəllimlər. Bütün xalqımız üçün əziz bayramlardan biri olan Müəllim günü münasibətilə sizi təbrik edirəm! Siz çətin və şərəfli vəzifəni fədakarlıqla yerinə yetirərək Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək üçün daim çalışırsınız. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılıdır. Peşəsinə mənəvi məsuliyyətlə yanaşan bütün müəllimlərə bu nəcib missiyanı yerinə yetirməkdə uğurlar arzulayıram. Bayramınız mübarək!”.

SEVİNC

Oxşar xəbərlər