
Müəllimlər gələcəkdə böyük uğurlar qazanan şagirdləri, tələbələri ilə fəxr etdikləri kimi, insanlar da ilk növbədə öz müəllimlərini xatırlayırlar. Bizim cəmiyyətimizin gələcəyi olan gənclərimizin əsl vətəndaş kimi Azərbaycanımıza layiqli övlad kimi böyümələrində məhz vətənpərvər, dilini, tarixni, ədəbiyyatını, mədəniyyətini sevən insanları da müəllimlər yetişdirir.
"Cəmiyyət təhsilsiz inkişaf edə bilməz" - deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın gələcəyinin təhsilin bugünkü vəziyyətindən asılı olduğunu dönə-dönə vurğulamışdır və gənclərə, məktəblilərə tez-tez görüşür, onların uğurları ilə fərəhlənirdi. Və bu gün də siyasi xətt davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət göstərir ki, təhsilimizin inkişafına xidmət edən tədbirlər bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə gələcək, gənc nəslin elmi potensialının artmasında əlindən gələni əsirgəməyəcək.
Əziz müəllimlər!
5 oktyabr - Beynəlxalq Müəllim Günü münasibətilə sizləri ürəkdən təbrik edir, şərəfli və müqəddəs peşənizdə yeni-yeni uğrular arzulayıram. Bayramınız mübarək!
Fatimə Quliyeva
Bakı Biznes və Kooperasiya
kollecinin direktoru