Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 86,78 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 0,73 dollar/barel azdır.
Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 85,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 5-də 82,68 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 5-də 85,16 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər