Azərbaycan neftinin SON QİYMƏTİ - Dəyişib

Azərbaycan neftinin SON QİYMƏTİ - Dəyişib [CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ötən həftənin son iş günü 6-da 56,97 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,97 dollar/barel azdır. Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 6-da 56,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,98 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 6-da 53,99 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 2,08 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 6-da 55,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər