
Erasmus+ proqramı çərçivəsində baş tutan görüşdə T.J.Hraundalin İslandiyanın tarixi və mədəniyyəti haqqında mühazirələrlə çıxış edib. Görüşün birinci günü İslandiyanın mədəniyyəti haqqında danışan direktor tələbələri qədim ədəbiyyat nümunələrinin xronologiyası, XIX əsr romantizmi, xalq nağılları yığması və digər mövzularla tanış edib.
T.J.Hraundalin növbəti gündə isə İslandiyanın tarixini əhatə edən mövzular haqqında ətraflı məlumat verib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
ADU-nun Mətbuat Xidməti


