
Seminarın gündəliyinə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında yoxlanılması mümkün olan alt standartlar və mövzular (buraxılış imtahanlarının proqramları), “Dinləyib-anlama”, “Oxu” və “Yazı” üzrə bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə dair mətn və tapşırıqlar kimi məsələlər daxildir.
Seminar saat 11:00-da DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasında – akt zalında keçiriləcək.
Seminarda iştirak sərbəstdir.
Kəmalə Rəhimli