ADNSU-nun “Azneft” Şən və Hazırcavablar Klubu komandası ölkəmizi beynəlxalq yarışda uğurla təmsil edir

ADNSU-nun “Azneft” Şən və Hazırcavablar Klubu komandası ölkəmizi beynəlxalq yarışda uğurla təmsil edir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azneft” Şən və Hazırcavablar Klubu (“Azneft” ŞHK) komandası Rusiya Federasiyasının “Cənub-Qərb” (“Yuqo-Zapadnaya”) liqasında uğurla iştirak edir.
5 ölkədən 24 komandanın qatıldığı yarışda “Azneft” ŞHK komandası yarımfinal mərhələsinə vəsiqə qazanıb. Hazırda Rusiyanın Kursk şəhərində olan komandamız oktyabrın 26-da keçiriləcək yarımfinal mərhələsinə hazırlaşır.
Xatırladaq ki, “Azneft” ŞHK komandası 2016 və 2017-ci illərdə Azərbaycan Regional ŞHK liqasının çempionu adını qazanıb və 5 oyun ərzində 7 kuboka sahib olub.
Komandamız Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “KİVİN-2018” XXIX Beynəlxalq ŞHK festivalında da müxtəlif ölkələrdən olan 654 komanda arasında uğurla çıxış edib.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər