Sabiq müdafiə naziri həbs edildi – korrupsiyaya görə

Sabiq müdafiə naziri həbs edildi – korrupsiyaya görə Yunanıstanda məhkəmə qərarı ilə sabiq müdafiə naziri Yannos Papantoniu və həyat yoldaşı Stavrula Kuraku həbs edilib.
Onlar korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunurlar. Belə ki, Y.Papantoniu 2003-cü ildə vəzifəsinin icrasına görə hədiyyə qismində 2,8 milyon İsveçrə frankı almaqda, S.Kuraku isə cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında günahlandırılır.
69 yaşlı sabiq nazir isə məhkəmədə ittihamları qəbul etməyib: "Mən pul almamışam, sizin heç bir sübutunuz yoxdur".
Xatırladaq ki, Ümum-Yunanıstan Sosialist Hərəkatı Partiyasının sabiq üzvü Y.Papantoniu 1994-cü ildən ölkənin milli iqtisadiyyat naziri, 1996-cı ildən 2001-ci ilədək milli iqtisadiyyat və maliyyə naziri, 2001-2004-cü illərdə isə milli müdafiə naziri vəzifələrində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər